Bakıda kütləvi dava və insidentlə bağlı məhkəmə qərarları: Deputatın oğlu həbs edildi

Bakıda baş verən insidentlə bağlı saxlanılan Orxan Əli-zadə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

“Realist.az”ın məlumatına görə, bu barədə müvafiq qərar Nizami Rayon Məhkəməsində keçirilən prosesdə qəbul olunub.

Qeyd edək ki, barəsində həbs qətimkan tədbiri seçilən Orxan Əli-zadə deputat Arzuxan Əlizadənin oğludur.

Kafedəki ölümcül dava ilə bağlı digər şəxslər də həbs olunub

Həmçinin Bakıda kafedə bir nəfərin ölümü ilə nəticələnən kütləvi dava ilə bağlı saxlanılan digər şəxslər barəsində də həbs qətimkan tədbirləri seçilib.

“Realist.az”ın əldə etdiyi məlumata görə, Xətai Rayon Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 218.1, 218.2, 234.4.1, 234.4.3, 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri üzrə təqsirləndirilən aşağıdakı şəxslərin həbsdə saxlama müddəti 4 ay müəyyən edilib:

  • Əfəndiyev Kamran Səttar oğlu

  • İsmayılov Mikayıl Vəli oğlu

  • Dadaşov Ramil Zahir oğlu

  • Eldarov Eldar Faiq oğlu

  • Zülfiqarov Həsən Mehman oğlu

Əhməd Əli-zadənin işi Bakı Apellyasiya Məhkəməsinə göndərildi

Bununla yanaşı, təqsirləndirilən Əli-zadə Əhməd Arzuxan oğlu barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimat və vəsatətin baxılması üçün başqa məhkəməyə verilməsi məsələsinin həll olunması məqsədilə materiallar Bakı Apellyasiya Məhkəməsinə ünvanlanıb.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın