Netanyahu düşmənlərə xəbərdarlıq etdi: “İsrailə hücum edəcəyiniz təqdirdə qeyri-mütənasib itkilərlə üzləşəcəksiniz”
İsrailin Baş naziri Netanyahu kəşfiyyat məlumatlarına əsaslanaraq bildirib ki, İran və onun müttəfiqləri parlament seçkilərini pozmaq məqsədilə ölkəyə hücum edərək təxribat törətməyə cəhd göstərə bilərlər. “İsrail ordusu həm müdafiəyə, həm də hücuma tam hazırdır. Düşmənlərimizə xəbərdarlıq edirəm: siz təsəvvür etdiyinizdən də kəskin, qeyri-mütənasib zərbələrlə üzləşəcəksiniz”, – deyə hökumət başçısı “Arrow” HHM sisteminin yanında çıxış edərkən xəbərdarlıq edib.
“Realist.az” xəbər verir ki, İsrail Müdafiə Qüvvələri (TSAHAL) ölkə sərhədləri boyu təhlükəsizlik tədbirlərini ən yüksək səviyyəyə qaldırıb.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
