Türkiyədə 52 milyon dollarlıq tender skandalı: Bələdiyyə sədri və oğlu həbs edildi
Türkiyədə dövlət tenderlərində və dövlət satınalmalarında kütləvi mənimsəmə və saxtakarlıq faktları ilə bağlı keçirilən irimiqyaslı əməliyyat çərçivəsində 18 nəfər həbs olunub.
“Realist.az”ın “TRT Haber” telekanalına istinadən verdiyi məlumata görə, həbs edilənlər arasında Muğla vilayətinin Milas şəhər bələdiyyəsinin sədri Fevzi Topuz və onun oğlu Doruk Topuz da var.
13 əyaləti əhatə edən əməliyyat
Hüquq-mühafizə organlarının həyata keçirdiyi istintaq-əliyyat tədbirləri eyni vaxtda ölkənin 13 əyalətini əhatə edib.
Prokurorluğun versiyasına görə, şəbəkə tərəfindən ümumilikdə 35 dövlət tenderinin rəsmi sənədləri təhrif edilib və ya saxtalaşdırılıb. Eyni zamanda, podratçı şirkətlərə iş təcrübəsi barədə verilən 33 saxta arayış məhz Milas bələdiyyəsi tərəfindən rəsmi olaraq təsdiqlənib.
Görülməyən işlərə 52 milyon dollar yazılıb
İstintaq materiallarında qeyd olunur ki, kağız üzərində icra edildiyi göstərilən, lakin real olaraq heç bir işin görülmədiyi tenderlərin ümumi maliyyə dəyəri 52 milyon ABŞ dolları təşkil edir.
Məhkəmənin qərarı ilə mer Fevzi Topuz və oğlu da daxil olmaqla 18 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. Faktla bağlı cinayət işi üzrə istintaq dərinləşdirilir.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
