Ayzenkotdan Trampın dəstək bəyanatına reaksiya: “ABŞ Prezidenti xalqın seçəcəyi istənilən liderlə işləyəcək”
İsraildə keçiriləcək parlament seçkiləri ərəfəsində siyasi ehtiraslar səngimək bilmir. “Yaşar!” partiyasının lideri, Baş Qərargahın sabiq rəisi Qadi Ayzenkot ABŞ Prezidenti Donald Trampın Baş nazir Binyamin Netanyahunun namizədliyinə açıq dəstək verməsinə münasibət bildirib.
“Realist.az”ın məlumatına görə, Ayzenkot bu barədə özünün “X” (keçmiş Twitter) hesabında paylaşım edib.
“Tramp İsrailin həqiqi dostudur”
Ayzenkot Donald Trampın İsrail dövlətinə dəstəyini yüksək qiymətləndirdiyini qeyd edib:
“Donald Tramp İsrailin həqiqi dostudur. Mən onun fəaliyyətini və ölkəmizin təhlükəsizliyinə sadiqliyini dəyərləndirirəm. Əminəm ki, o, İsrail xalqının səsvermə yolu ilə seçəcəyi istənilən liderlə tam əməkdaşlıq şəraitində fəaliyyətini davam etdirəcək.”
Netanyahuya sert ittihamlar: “Bu üsul daha işləməyəcək”
İsrail ordusunun keçmiş komandanı çıxışında hakim “Likud” partiyasının sədri Binyamin Netanyahunu seçki kampaniyasında dürüst davranmamaqda təqsirləndirib. Ayzenkot Netanyahunun ictimaiyyəti qorxutmaq, yalan və hədə-qorxulardan istifadə etmək taktikasından yararlandığını vurğulayaraq, bu dəfə sözügedən üsulların nəticə verməyəcəyini bəyan edib.
Seçicilərə müraciət edən “Yaşar!” partiyasının lideri əlavə edib ki, müxalifət blokunun hakim partiya ilə aradakı fərqi böyütməsi ölkədə köklü dəyişikliklərə yol açacaq və İsraildə “dövlətçi-sionist çoğunluğun” qələbəsini təmin edəcək.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
