Yaponiyada kiberhücum böhranı: Hökumət təcil təkib olundu, milyonlarla istifadəçinin məlumatı sızdı

Yaponiyada fəaliyyət göstərən iri şirkətlərə və dövlət qurumlarına qarşı kütləvi kiberhücumların artması ölkə rəhbərliyini təcili addımlar atmaga məcbur edib.

“Realist.az”ın məlumatına görə, bu barədə Yaponiya Nazirlər Kabinetinin Baş katibi Minoru Kihara rəsmi bəyanatla çıxış edib.

“Yaponiya şirkətlərinə edilən son kiberhücumlar bir sıra genişmiqyaslı məlumat sızmalarına, eləcə də oğurlanmış informasiyadan qanunsuz istifadə nəticəsində əlavə zərərə səbəb olub. Bu, vətəndaşların təhlükəsizliyinə birbaşa xətər yetirir, buna görə də təxirəsalınmaz cavab tədbirlərinin görülməsi vacibdir”, – deyə o vurğulayıb.

Kiharanın sözlərinə görə, təşkil olunacaq təcili iclasda baş nazir Sanae Takaiçi, maliyyə naziri Satsuki Katayama, müdafiə naziri Şinciro Koizumi və digər aidiyyəti qurumların rəhbərləri iştirak edəcəklər.

2026-cı ildə rekord göstərici: 600-dən çox kiberhücum

Qeyd olunur ki, 2026-cı ilin ilk doqquz ayı ərzində Yaponiyada şirkətlərə, müəssisələrə və dövlət qurumlarına qarşı 600-dən çox kiberhücum qeydə alınıb. Bu göstərici 2025-ci il ərzində baş verən analoji insidentlərin ümumi sayını artıq geridə qoyub.

Milyonlarla istifadəçinin şəxsi məlumatları ələ keçirilib

Son həftələrdə ölkənin nəhəng brendləri kiberhücumların qurbanı olub:

  • “Capcom” (22 oktyabr): Dünyaca məşhur oyun tərtibatçısı bütün dünya üzrə 11,7 milyona qədər istifadəçinin məlumatlarının sızdığını açıqlayıb.

  • “Sagawa Express” (23 oktyabr): Yaponiyanın ən iri nəqliyyat və logistika şirkətlərindən biri 53,2 milyon müştərinin məlumatlarının təhlükəyə məruz qaldığını bildirib.

  • “Sky Ticket”: Aviabiletlərin bron edilməsi sisteminə qanunsuz müdaxilə nəticəsində təxminən 14 milyon istifadəçinin fərdi məlumatları sızıb.

  • “Burger King”: Oktyabr ayında şəbəkənin təxminən 11,18 milyon istifadəçisinin şəxsi məlumatlarının kiberquldurlar tərəfindən ələ keçirildiyi məlum olub.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın