Bakıda U-15 dünya çempionatı: Millimiz bu gün İsrail və Haiti ilə üz-üzə gəlir

Bakıda təşkil olunan FIFA U-15 dünya çempionatı və festivalında mübarizə aparan Azərbaycan milli komandası bu gün növbəti iki qarşılaşmaya çıxacaq.

“Realist.az”ın məlumatına görə, baş məşqçi Famil Xəlilovun yetirmələri gün ərzində iki vacib matçda güclərini sınayacaqlar:

  • Saat 11:30: Azərbaycan – İsrail

  • Saat 18:15: Azərbaycan – Haiti

Hər iki görüş Hövsan Yarış Kompleksinin 10A meydançasında keçiriləcək.

Millimizin əvvəlki oyunlarının nəticələri

Xatırladaq ki, U-15 millimiz turnirdə keçirdiyi əvvəlki matçlarda aşağıdakı nəticələri göstərib:

  • Timor-Leste – 6:0 (Qələbə)

  • Andorra – 1:0 (Qələbə)

  • Avstraliya – 1:3 (Məğlubiyyət)

Turnirdə 189 ölkə mübarizə aparır

Qeyd edək ki, mötəbər yarışda dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Çempionat çərçivəsində ümumilikdə 1000-ə yakın oyunun baş tutması nəzərdə tutulur.

Oktyabrın 30-da başa çatacaq U-15 dünya çempionatının oyunları Hövsan Yarış Kompleksində, turnirin çempionunu müəyyənləşdirəcək final görüşü isə Bakı Kristal Zalında keçiriləcək.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın