İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin oktyabrın 28-də Azərbaycana ekstradisiyası həyata keçirilib.

Realist.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Cinayət işinin təfərrüatları

Məlumata görə, 2025-ci ildə Bakı şəhərində birgə yaşadıqları mənzildə həyat yoldaşı ilə aralarında yaranmış mübahisə zamanı ona bıçaqla xəsarət yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmaqda (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi) ittiham olunan Azərbaycan Respublikasının vətəndaşı İbrahimov Rüstəm Hüseyn oğlunun yeri ÇXR-də müəyyən olunub və o, saxlanılıb.

Beynəlxalq hüquqi əməkdaşlıq və təslim edilmə

Ədliyyə Nazirliyinin səlahiyyətli qurum olduğu “Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında təslim etmə haqqında” 17.03.2005-ci il tarixli Müqaviləyə əsasən göndərilən sorğu və aparılan danışıqlar nəticəsində təqsirləndirilən şəxsin Azərbaycana ekstradisiyasına razılıq verilib:

  • Təhvil prosesi: Rüstəm İbrahimov Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Penitensiar xidmətin məsul əməkdaşları tərəfindən Çindən Bakıya gətirilib.

  • Qətimkan tədbiri: Məhkəmənin həbs qərarına əsasən, o, müvafiq istintaq təcridxanasına yerləşdirilib.

Ədliyyə Nazirliyi tərəfindən bu istiqamətdə lazımi hüquqi tədbirlərin davam etdirildiyi bildirilib.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın