Bakının iki rayonunda qaz kəsilir: “Azəriqaz”dan abonentlərə xəbərdarlıq
Bakı şəhərinin Sabunçu və Nəsimi rayonlarının bir sıra ərazilərində mavi yanacağın verilşində fasilə yaranacaq.
“Realist.az” xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi rəsmi məlumat yayıb.
Qazın kəsiləcəyi ünvanlar və vaxt
Məlumatda bildirilir ki, aparılan təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər tam yekunlaşanadək aşağıdakı ərazilərin qaz təchizatında qısamüddətli məhdudiyyət tətbiq olunacaq:
-
Sabunçu rayonu üzrə: Ramana qəsəbəsinin bir hissəsi və Ümid qəsəbəsi;
-
Nəsimi rayonu üzrə: N. Yusifbəyli, Novruzov qardaşları, A. Səhhət, Mərdanov qardaşları və M. Sənani küçələri.
“Azəriqaz” İB təmir işləri aparılan müddətdə qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
