Pentaqondan NATO müttəfiqlərinə xəbərdarlıq: “Rusiyanı qıcıqlandırmayın”

Birləşmiş Ştatların Müdafiə Nazirliyi (Pentaqon) Avropadakı NATO müttəfiqlərinə, xüsusən də Baltikyanı ölkələrə Rusiya ilə bağlı bəyanatlarda kəskinliyi azaltmaq barədə rəsmi xəbərdarlıq edib.

“Realist.az”ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ rəsmiləri Avropa siyasətçilərinin aqressiv bəyanatlarının regional təhlükəsizliyə və diplomatik danışıqlara xələl gətirdiyini bildiriblər.

“Rusiyanı tahrik etmək Avropanın təhlükəsizliyini təhlükəyə atır”

Məsləhətləşmələrlə tanış olan dörd etibarlı mənbənin verdiyi məlumata görə, ABŞ Müdafiə nazirinin müavini Kolbi bu yaxınlarda estoniyalı həmkarı ilə görüşdə açıq şəkildə bildirib ki, Rusiya Federasiyasını “provokasiya etmək və qıcıqlandırmaq” doğru yanaşma deyil.

Vaşinqton hesab edir ki, bəzi Avropa ölkələrinin sərt ritorikası eskalasiya riskini artırır və qitənin ümumi təhlükəsizlik sistemini zərbə altında qoyur.

Trampın sülh təşəbbüsləri fonunda yeni xətt

Pentaqonun bu addımı ABŞ-ın seçilmiş prezidenti Donald Tramp administrasiyasının Ukraynadakı müharibənin diplomatik yolla dayandırılması üçün sülh səylərini yenidən intensivləşdirdiyi bir dönəmə təsadüf edir.

Ekspertlər bildirirlər ki, Ağ Ev sülh danışıqları üçün əlverişli zəmin yaratmaq məqsədilə müttəfiqlərdən Moskva ilə gərginliyi körükləyən bəyanatlardan çəkinməyi tələb edir.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın