ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Birləşmiş Komitəsinin baş strateqi vəzifəsindən azad edilmiş Silviya Rusiya-Ukrayna müharibəsi və ABŞ-İsrailin İranla münaqişəsinə dair məxfi məlumatları jurnalistlərə ötürdüyünü etiraf edib. Bu barədə “Axios” nəşri Pentaqonun məlumatlarına istinadən yazır. Mənbəyə görə, Silviya son bir il ərzində Ukrayna və İran üzrə məxfi informasiyanın iki jurnalistə sızdırılmasının arxasında durduğunu boynuna alıb. Həmçinin qeyd olunur ki, generalın “yalan detektorundan (poliqraf) keçərkən dəfələrlə çətinlikləri yaranıb”.

Pentaqon rəhbərliyi Silviyanı “məlumatların KİV əməkdaşlarına icazəsiz açıqlanmasında” günahlandırır, – “Axios” qeyd edir. Bununla bərabər, hesabatda vurğulanır ki, general “sızma şəraitinə aydınlıq gətirilməsi məqsədilə KİV-lə qarşılıqlı əlaqəsinə dair sualları cavablandırıb və şəxsi telefonunu ekspertizaya təhvil verib”.

“Realist.az” xəbər verir ki, Faktla bağlı araşdırmalar davam etdirilir.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın