Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin Ramiz Mehdiyevin AMEA üzvlüyündən xaric edilməsi ilə bağlı qəbul etdiyi qərar Akademiyanın Ümumi Yığıncağında rəsmən təsdiqlənib.
Realist.az xəbər verir ki, bir neçə gün əvvəl AMEA Rəyasət Heyəti tərəfindən Ramiz Mehdiyevin Akademiya sıralarından çıxarılması barədə müvafiq qərar qəbul olunmuşdu.
Ramiz Mehdiyev barəsindəki məhkəmə qərarı
Xatırladaq ki, Ramiz Mehdiyev barəsində ötən il Azərbaycan Respublikası Cinayət Məcəlləsinin aşağıdakı maddələri üzrə cinayət işi başlanılmışdı:
- 193-1.3.2-ci maddə: Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması;
- 274-cü maddə: Dövlətə xəyanət;
- 278.1-ci maddə: Hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 14 il müddətinə azadlıqdan məhrum edilib. Lakin keçmiş akademik-məmurun yaşı və xəstəlikləri ilə əlaqədar sağlamlıq vəziyyəti nəzərə alınaraq, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti hesab olunub.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
