Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin Ramiz Mehdiyevin AMEA üzvlüyündən xaric edilməsi ilə bağlı qəbul etdiyi qərar Akademiyanın Ümumi Yığıncağında rəsmən təsdiqlənib.

​Realist.az xəbər verir ki, bir neçə gün əvvəl AMEA Rəyasət Heyəti tərəfindən Ramiz Mehdiyevin Akademiya sıralarından çıxarılması barədə müvafiq qərar qəbul olunmuşdu.

​Ramiz Mehdiyev barəsindəki məhkəmə qərarı

​Xatırladaq ki, Ramiz Mehdiyev barəsində ötən il Azərbaycan Respublikası Cinayət Məcəlləsinin aşağıdakı maddələri üzrə cinayət işi başlanılmışdı:

  • ​193-1.3.2-ci maddə: Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması;
  • ​274-cü maddə: Dövlətə xəyanət;
  • ​278.1-ci maddə: Hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər.

​Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 14 il müddətinə azadlıqdan məhrum edilib. Lakin keçmiş akademik-məmurun yaşı və xəstəlikləri ilə əlaqədar sağlamlıq vəziyyəti nəzərə alınaraq, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti hesab olunub.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın