Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Paytaxt Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Sammiti çərçivəsində Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramovu qəbul edib.
Realist.az xəbər verir ki, görüş zamanı Azərbaycan və Türkiyə arasındakı mövcud münasibətlərin hazırkı vəziyyəti müzakirə olunub, mütəffəqlik əlaqələrinin daha da möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.
İkitərəfli görüşdə həmçinin TDT çərçivəsində əməkdaşlığın genişləndirilməsi, Türk dünyasının birlik və həmrəyliyinin gücləndirilməsi, eləcə də qarşılıqlı maraq kəsb edən regional məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
