Noyabrın 1-də ABŞ İranın Qeşm adasına zərbə endirib.

Realist.az-ın məlumatına görə, bu barədə “The Wall Street Journal” (WSJ) nəşri mənbələrə istinadən xəbər verib.

Mənbələrin bildirdiyinə görə, Vaşinqton artıq bir neçə həftədir ki, regionda “kiçikmiqyaslı zərbələr” endirir. ABŞ administrasiyasının adı çəkilməyən rəsmiləri bu hücumları müdafiə xarakterli kimi qiymətləndirirlər.

Qeyd olunur ki, Birləşmiş Ştatlar hakimiyyəti tammiqyaslı hərbi əməliyyatları bərpa etmək niyyətində olmadığını göstərmək üçün bu zərbələri qəsdən geniş işıqlandırmır və diqqətdən kənar saxlayır.

İran mediası da öz növbəsində Hörmüzgan vilayətinin Qeşm adasında və Bəndər-Lenge şəhərində partlayış səslərinin eşidildiyi barədə məlumat yayıb.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın