Şimali Koreya (KXDR) kasetli döyüş başlığı ilə təchiz edilmiş strateji qanadlı raketin sınağını həyata keçirib.
Realist.az-ın məlumatına görə, bu barədə “Reuters” agentliyi Koreyanın Mərkəzi Teleqraf Agentliyinə (KCNA) istinadən xəbər verib.
Qeyd olunur ki, noyabrın 2-də keçirilən sınağın əsas məqsədi raketin vertikal (şaquli) zərbə zamanı uçuş xüsusiyyətlərini qiymətləndirmək olub. Raketin uçuş məsafəsi, buraxılış yeri və ya sınağın yekun nəticələri barədə əlavə təfərrüatlar verilməyib.
Reaksiyalar:
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
