İsrailin müxalif partiyalarının koalisiyası olan “Dəyişiklik Bloku”nun liderləri parlament seçkilərindən sonra bu gün ilk birgə görüşlərini keçirəcəklər.

Realist.az-ın məlumatına görə, Ayzenkot, Bennet, Liberman, Qolan və Lapidin iştirak edəcəyi danışıqlarda Knessetə (parlamentə) nəzarətin ələ alınması, ehtimal olunan koalisiya variantları və yeni qanun layihələri müzakirə olunacaq. KİV-in verdiyi xəbərə görə, müxalifət liderləri noyabrın 10-da yeni Knessetin andiçmə mərasimindən sonra ilk addım olaraq spiker Amir Ohananın istefasını tələb etmək barədə razılığa gəliblər.

Bundan əlavə, partiya nümayəndələrinin hamısı noyabrın 4-dən başlayacaq dövlət başçısı ilə məsləhətləşmələr ərəfəsində yeni hökuməti qurmaq üçün “Yashar” partiyasının lideri Qadi Ayzenkotun namizədliyini tövsiyə edəcəklərini bəyan ediblər. Eyni zamanda, səsvermənin yekunlarına əsasən parlamentdə 19 yer qazanan ərəb partiyaları da Netanyahunun əvəzlənməsi prosesində müxalifət bloku ilə əməkdaşlıq etməyə hazır olduqlarını bildiriblər.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın