Türkiyənin İsparta-Beyşehir avtomobil yolunda sərnişin avtobusunun dərəyə aşması nəticəsində 45 nəfər xəsarət alıb.
Realist.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, yol-nəqliyyat hadisəsi gecə saat 02:00 radələrində Hüyük rayonu yaxınlığında qeydə alınıb.
Antalya-Iğdır reysini həyata keçirən “Yeni Diyarbakır” şirkətinə məxsus yolçu avtobusu Beyşehir şəhərinə təxminən 20 kilometr qalmış sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq dərəyə yuvarlanıb.
Hadisə yerinə dərhal çoxlu sayda təcili tibbi yardım briqadası cəlb olunub. Qəzada yaralanan 45 nəfər təcili yardım maşınları ilə Beyşehir Dövlət Xəstəxanasına çatdırılıb.
İlkin məlumatlara görə, yaralılardan təxminən 40 nəfərin vəziyyəti yüngüldür. Yaralılardan 5-i Konya mərkəzindəki, 3-ü isə Seydişehir rayonundakı xəstəxanalara təxliyə edilib.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
