ABŞ Prezidenti Trampın administrasiyası İsrailin Baş naziri Netanyahunun təzyiqi ilə yaxın günlərdə İrana nüvə zərbəsi endirə bilər.

Realist.az-ın məlumatına görə, bu barədə amerikalı jurnalist Taker Karlson bildirib.

Onun sözlərinə görə, ehtimal olunan hücumun hədəfi İsrail kəşfiyyatının iddiasına əsasən, İranın uranın zənginləşdirilməsi proqramını bərpa edə biləcəyi Pukaks dağı ola bilər.

Karlson vurğulayıb ki, heç bir adi silah obyektin təxminən 100 metrlik mühafizə qatını yarmaq iqtidarında deyil və bu səbəbdən “yeganə variant nüvə zərbəsidir”. Jurnalistin məlumatına görə, Netanyahu İsraildə keçirilən parlament seçkilərindən sonra yaranan kövrək siyasi vəziyyətlə əlaqədar bu addımın atılmasını təkidlə tələb edir.

Eyni zamanda, Karlson qeyd edib ki, Tramp ehtimal olunan zərbə ilə bağlı hələ yekun qərar verməyib və hələ də İranla razılaşmanın əldə olunmasına tərəfdar olan məsləhətçiləri ilə məsləhətləşmələr aparır.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın