Litvanın Energetika naziri Savitskas bildirib ki, Avropa ölkələri Rusiya qazının alqısına qayıdış çağırışlarının güclənməsi ilə üzləşməmək üçün enerji böhranını dəf etmək istiqamətində addımlar atmalıdır.
Realist.az-ın məlumatına görə, o, bu barədə “Rapporteur” portalına müsahibəsində deyib.
“Əgər enerjidaşıyıcılarının qiymət artımı və cəmiyyətdəki təzyiqlə bağlı problemlərin həllində dövlətlərə və hökumətlərə kömək etmək üçün aydın fəaliyyət planı olmasa, alternativ təkliflər daha ucadan səslənəcək”, — deyə nazir vurğulayıb.
Xəbərdə qeyd olunur ki, Avropa İttifaqı 2022-ci ildən bəri ən yüksək qaz qiymətləri ilə üz-üzə qalıb, lakin hələ də problemin həlli üçün vahid mövqe formalaşdıra bilməyib. Portalın məlumatına görə, Aİ-nin əvvəlcədən vəd etdiyi Rusiya neftinin tədarükünə qoyulacaq qadağa da gündəlikdən çıxarılıb.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
