Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis organları və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.
Realist.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bakı şəhərində keçirilən sıra baxışında DİN-ə müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 179 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.
Vilayət Eyvazov gənclərə tövsiyələrini verib
Gənclər qarşısında çıxış edən nazir Vilayət Eyvazov polislik peşəsinin məsuliyyətini xüsusi vurğulayıb:
-
Seçim mərhələsi: Nazir seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
-
azirin tapşırıqları: V.Eyvazov xidmətə hazırlaşan gənclərə dövlətçiliyə sədaqət, intizam və peşəkarlıqla bağlı tapşırıq və tövsiyələrini verib.


© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
