Noyabrın 9-u və 10-da gömrük qurumları növbəli rejimdə fəaliyyət göstərəcək
Dövlət Gömrük Komitəsinin (DGK) aidiyyəti struktur bölmələri noyabrın 9-da və 10-da növbəli iş rejimində fəaliyyətini davam etdirəcək.
Realist.az xəbər verir ki, bu barədə Komitədən məlumat verilib.
Qeyd olunub ki, qarşıdan gələn qeyri-iş günlərində sahibkarlara kömək etmək və malların gömrük rəsmiləşdirilməsini operativ şəkildə təmin etmək məqsədilə Komitənin müvafiq qurumları noyabrın 9-da və 10-da növbəli qaydada xidmət göstərəcək.
Reaksiyalar:
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
