Mətbuat Şurasında yeni vəzifə bölgüsü: Sədr müavinləri və icraçı katib müəyyənləşdi
Azərbaycan Mətbuat Şurasının yeni seçilmiş İdarə Heyətinin ilk iclası keçirilib və iclasda sədrin müavinləri, eləcə də digər rəhbər heyət müəyyənləşib.
Realist.az xəbər verir ki, bu barədə Mətbuat Şurasından məlumat verilib.
İdarə Heyətinin üzvlərindən Müşfiq Ələsgərli və Elmira Musazadə sədrin müavinləri vəzifəsinə seçiliblər.
Qurumun Nizamnaməsinə əsasən, sədr müavinləri növbəlilik prinsipi ilə 2 il müddətinə Şikayətlər üzrə komissiyaya rəhbərlik edirlər. İlk iki illik müddətə komissiyaya rəhbərlik sədr müavini Müşfiq Ələsgərliyə həvalə olunub.
Həmçinin iclasda Şura sədri Vüqar Zifəroğlunun təqdimatı əsasında:
-
Əvəz Rüstəmov — Mətbuat Şurasının icraçı katibi vəzifəsinə təsdiqlənib;
-
Əminə Yusifqızı — Şuranın Ahıl Jurnalistlər Məclisinin sədri seçilib.




© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
