Ermənistanda rəy sorğusu: Əhalinin 50%-dən çoxu növbədənkənar seçki istəyir
Ermənistan vətəndaşlarının yarısından çoxu ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsini vacib hesab edir.
Realist.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu nəticələr “Gallup” tərəfindən keçirilən rəy sorğusunun yekunlarında əksini tapıb.
Tədqiqata əsasən:
-
Respondentlərin 33,6%-i növbədənkənar seçkilərin birbaşa vacib olduğunu;
-
17,1%-i isə daha çox ehtiyac olduğunu bildirib.
Partiyaların reytinqi necədir?
Əgər növbədənkənar parlament seçkiləri gələn bazar günü keçirilsəydi, “Gallup”un sorğusuna görə, ən çox səsi 24,3% nəticə ilə hakim “Mülki Müqavilə” partiyası toplayardı.
İkinci yeri 8,5% göstərici ilə “Güclü Ermənistan” partiyası, üçüncü yeri isə 6,7% səslə “Ermənistan” bloku tutardı.
Paşinyan və Mirzoyana münasibət
Siyasətçilər arasında Baş nazir Nikol Paşinyan və Xarici İşlər naziri Ararat Mirzoyan müvafiq olaraq 31,1% və 30% müsbət qiymət alıblar. Bununla belə, onların fəaliyyətini bəyənməyənlərin nisbəti də yüksəkdir: Paşinyanı mənfi qiymətləndirənlər 36,5%, Mirzoyanı isə 33,6% təşkil edir.
Dövlət və ictimai təsisatlar arasında en yüksək etimad göstəricisi Erməni Həvari Kilsəsinə məxsusdur. Sorğuda iştirak edənlərin 59,1%-i kilsənin fəaliyyətini tam, 13,9%-i isə daha çox bəyəndiyini ifadə edib.
Qeyd edək ki, sözügedən rəy sorğusu 1 001 respondent arasında aparılıb.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
