521 günlük əsarətdən onlayn oyunla xilas oldu: ABŞ-də inanılmaz hadisə
ABŞ-də 500 gündən çox əsarətdə saxlanılan yeniyetmə qız “Among Us” onlayn videooyunu oynayarkən başqa bir uşağa girov götürüldüyünü bildirməklə öz xilasını təmin edib.
Realist.az xarici KİV-ə istinadən xəbər verir ki, 15 yaşlı Kayli Arelyano 2025-ci ilin may ayında Yuta ştatında itkin düşmüşdü.
39 yaşlı Adam Harmel onu sosial şəbəkələr vasitəsilə aldadaraq toruna salıb, telefonunu əlindən alıb və Oreqondakı evinin zirzəmisində qanunsuz olaraq saxlayıb.
Bir müddət keçdikdən sonra cinayətkar qıza SIM kartı olmayan, lakin Wi-Fi şəbəkəsinə çıxışı olan köhnə smartfon verib. Yeniyetmə qız dərhal onlayn oyuna daxil olaraq komanda yoldaşı ilə tanış olub və başından keçənləri ona danışıb. Oyunçu uşaq vəziyyəti anasına bildirib, anası isə dərhal FTB-yə (FBI) müraciət edib.
Polis əməkdaşları keçirdikləri xüsusi əməliyyatla qızı xilas edib və cinayətkarı həbs ediblər. Onu ağır federal ittihamlar və uzunmüddətli həbs cəzası gözləyir.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
