Səudiyyə Ərəbistanından İsrailə şok şərt: Netanyahu gedənə qədər normallaşma olmayacaq
Binyamin Netanyahu və onun mövcud koalisiyası hakimiyyətdə qaldığı müddətdə Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətlərin normallaşması baş verməyəcək.
Realist.az İsrailin “Kan 11” telekanalının icmalçısına istinadən xəbər verir ki, bu barədə Ər-Riyadın mövqeyi ilə tanış olan mənbə məlumat verib.
Mənbə Səudiyyə Ərəbistanının prinsiplərini vurğulayaraq bildirib:
“Səudiyyə Ərəbistanı sülh istəyir, danışıqlar istəyir və İsrail-Fələstin münaqişəsinin ‘iki dövlət’ həlli prinsipi əsasında bağlanmasının tərəfdarıdır. Lakin Netanyahu buna maraq göstərmir.”
Qeyd olunur ki, Səudiyyə Ərəbistanının şəxsən Netanyahu ilə bağlı hər hansı problemi yoxdur. Əsas səbəb onun hökumətinin yürütdüyü siyasətdir ki, Krallığın fikrincə, bu şəraitdə İsrail ilə yaxınlaşmaq mümkün deyil.
Mənbə əlavə edib: “Bizim gördüyümüz qədərilə, Netanyahu yalnız problem yaratmaq istəyir. O, sülh yox, eskalasiya tərəfdarıdır.”
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
