ABŞ ordusu İrana zərbə endirməyə hazırlaşır: Tramp hərbi əməliyyatları müzakirə etdi

ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatların bərpa olunması imkanlarını müzakirə etmək üçün milli təhlükəsizlik komandası ilə görüş keçirib.

Realist.az “Fox News” telekanalına istinadən xəbər verir ki, bu barədə yüksəkrütbəli amerikalı rəsmilər məlumat veriblər.

Məlumata görə, məxfi məsləhətləşmələr noyabrın 4-ü və 5-də baş tutub.

Bildirilir ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) ehtimal olunan əməliyyatın hazırlıq mərhələsini yekunlaşdırmaq üzrədir. Bununla belə, hələlik yekun sərəncam verilməyib.

“Noyabrın 9-da Yaxın Şərqdə təzə ay doğacaq, yəni ay işığı praktiki olaraq olmayacaq. Bu isə hərbi əməliyyatların keçirilməsi üçün son dərəcə əlverişli şəraitdir,” – deyə yüksəkvəzifəli rəsmilər telekanala bildiriblər.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın