HAVA XƏBƏRDARLIĞI: Yağış, sel və qar gözlənilir – Noyabrın 10-dək…
Azərbaycan ərazisində hava şəraitinin kəskin dəyişəcəyi və qeyri-sabit hava şəraitinin davam edəcəyi barədə xəbərdarlıq edilib.
Realist.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.
Yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.
Rayonlarda leysan və qar gözlənilir
Azərbaycanın rayonlarında da müşahidə olunan qeyri-sabit hava şəraitinin noyabrın 10-dək davam edəcəyi, fasilələrlə yağıntılı olacağı bildirilir.
Xidmətin məlumatına görə:
-
Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı;
-
Şimşək çaxacağı, dolu düşəcəyi;
-
Dağlıq ərazilərdə isə qar yağacağı ehtimal olunur.
Sel və daşqın təhlükəsi
Gözlənilən intensiv yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı vurğulanıb. Böyük Qafqazın və Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
