Təhsildə yeni maliyyələşmə modeli: Adambaşına maliyyələşmə mexanizmi genişləndirilir

Cari il ərzində müəyyən sayda təhsil müəssisəsi adambaşına maliyyələşmə mexanizminə keçid edib. Növbəti ildən etibarən isə bu proses daha geniş miqyas alacaq.

Realist.az xəbər verir ki, bu barədə maliyyə naziri Sahil Babayev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında çıxış edərkən bildirib.

Nazirin sözlərinə görə, adambaşına maliyyələşmə son dərəcə səmərəli və effektiv mexanizmdir:

“Biz mərhələli qaydada ümumi təhsil sahəsində, bundan sonra isə ardıcıl olaraq ilkin təhsil və məktəbəqədər təhsil pillələrində də adambaşına maliyyələşmə mexanizminin tətbiqini genişləndirəcəyik və bu göstəricini artıracağıq,” – deyə Sahil Babayev vurğulayıb.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın