İrandan Türkiyə kəşfiyyatının iddiasına TƏKZİB: Qətərdə ABŞ-İran görüşü olmayacaq
İranın təhlükəsizlik strukturlarındakı yüksəkrütbəli mənbə Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalının ABŞ vitse-prezidenti Vens ilə İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Rezai arasında Dohada guya görüş planlaşdırılması barədə bəyanatını rəsmən təkzib edib.
Realist.az xarici KİV-ə istinadən xəbər verir ki, mənbə İranın danışıqlar prosesi ilə bağlı dövlət siyasəti və proqramlarında heç bir dəyişikliyin olmadığını vurğulayıb.
“ABŞ praktiki addımlar atmayana qədər danışıqlar gündəlikdə deyil”
İran rəsmisinin sözlərinə görə, Amerika tərəfi Tehranın müəyyən etdiyi şərtlər çərçivəsində konkret praktiki addımlar atmayana qədər, ABŞ nümayəndələri ilə hər hansı danışıqların aparılması planları gündəlikdən tamamilə çıxarılıb.
Qeyd edək ki, bundan əvvəl Türkiyə kəşfiyyatının rəhbəri MİT-in vasitəçiliyi ilə Qətərdə iki ölkə rəsmiləri arasında yüksəksəviyyəli görüşün keçiriləcəyi barədə iddia irəli sürmüşdü.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
