.

Fransada görünməmiş kiberhücum: SEPAH supermarket soyuducularını sıradan çıxarıb

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) oktyabr ayında Fransa supermarketlərindəki soyuducu qurğularına qarşı həyata keçirilən kiberhücumlara görə məsuliyyət daşıyır.

Realist.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin rəhbəri Barro bəyanat verib.

Fransa XİN rəhbəri məsələ ilə bağlı sərt mövqeyini ifadə edərək deyib: “Biz bu hücuma görə məsuliyyət daşıyan hər kəsə qarşı Avropa səviyyəsində sanksiyalar tətbiq edəcəyik”.

Fransa xüsusi xidmət orqanları İranı təsbit etdi

Bundan əvvəl Fransa mediasında yer alan məlumatlara görə, ölkənin xüsusi xidmət orqanları sözügedən kiberhücumun təşkilatçısının İran olduğunu müəyyən edib.

Qeyd olunur ki, hücumun konkret təşəbbüskarının şəxsiyyəti hələlik tam dəqiqləşdirilməyib və bu istiqamətdə istintaq tədbirləri davam etdirilir.

Reaksiyalar:

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın