Azərbaycanda noyabrın 10-u saat 11:00-a olan məlumata görə, ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, dağlıq ərazilərə isə qar yağıb.
Realist.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Noyabrın 9-da Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti 26 m/s-dək güclənib.
Qar örtüyünün hündürlüyü və yağıntıların miqdarı
Milli Hidrometeorologiya Xidmətinin təqdim etdiyi faktiki hava göstəriciləri aşağıdakı kimidir:
-
Qar örtüyünün hündürlüyü: Kişçayda (Şəki) 33 sm, Qrızda 31 sm, Sarıbaş (Qax), Əlibəy (Zaqatala) və Şahdağda 28 sm, Lazada (Qusar) 24 sm, Xınalıqda 23 sm, Kəlvəzdə (Lerik) 10 sm, Şahbuzda 8 sm, Gədəbəydə 6 sm, Xaltan və Altıağacda 3 sm qeydə alınıb.
-
Bakı və Abşeron üzrə yağıntı: Pirallahıda 31 mm, Maştağada 16 mm, Binədə 12 mm, Bakıda 11 mm, Sumqayıtda 3 mm düşüb.
-
Rayonlar üzrə yağıntı: Göyçayda 26 mm, Oğuzda 21 mm, Qubada 15 mm, Qəbələdə 12 mm, Astarada 8 mm, Yardımlıda 6 mm, Şamaxı, Neftçala, Lənkəran, İsmayıllı, İmişli, Biləsuvar, Balakən, Kürdəmir, Sabirabad, Beyləqan, Ordubad, Qobustan, Mingəçevir, Zərdab, Xaçmaz və Şabranda 1-5 mm təşkil edib.
-
Dumanlı hava: Şahbuz, Ordubad, Göyçay, Zərdab, Kişçay (Şəki), Şamaxı və Lerikdə duman müşahidə olunur. Görünüş məsafəsi 500 metrə qədər məhdudlaşır.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

