Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara və Bakı arasındakı münasibətlərə nifaq salmağa çalışanlara kəskin mesaj verib. Zəfər Günü münasibətlə təşkil olunan təntənəli tədbirlərdə iştirak etdikdən sonra Azərbaycandan qayıdarkən jurnalistlərin suallarını cavablandıran Türkiyə lideri vurğulayıb ki, heç bir siyasi spekulyasiya iki ölkə arasındakı qardaşlığı pozmağa qadir deyil.
Realist.az xəbər verir ki, Ərdoğan iki ölkə arasındakı sarsılmaz birliyə diqqət çəkib: “Türkiyə ilə Azərbaycan arasında nifaq axtaranlar əbəs yerə vaxt itirirlər. Ölkələrimiz arasında tam həmrəylik, taleyüklü birlik və qardaşlıq münasibətləri mövcuddur”.
Türkiyə dövlət başçısı iki ölkəni bir-birindən uzaqlaşdırmaq cəhdlərinin tarixi əlaqələri və xalqların iradəsini gözardı etdiyini bildirib. “Bizim aramızda məsafə yaratmağa çalışanlar xalqlarımızın bir-birinə olan sevgisini, tarixi bağları və sarsılmaz qətiyyəti nəzərə almırlar”, – deyə o əlavə edib.
Türk dünyasının birliyi və regional sabitlik
Ərdoğan Türkiyə, Azərbaycan və digər türk dövlətlərinin birgə fəaliyyətinin böyük uğurlara yol açdığını xüsusi vurğulayıb:
-
Birlik və həmrəylik: Türkiyə Prezidenti qeyd edib ki, türk dövlətlərinə ayrılıq deyil, məhz birlik və həmrəylik yaraşır.
-
Gələcək hədəflər: Ankara və Bakı regionda sülh, sabitlik və tərəqqi naminə birgə addımlamağa və əməkdaşlığı dərinləşdirməyə davam edəcək.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin
