EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Noyabrın 12-də “Microsoft” şirkətinin xidmətlərinin fəaliyyətində baş verən genişmiqyaslı nasazlıq dünyanın 74 ölkə və ərazisindəki istifadəçilərə ciddi təsir göstərib.

Realist.az xarici KİV-ə istinadən xəbər verir ki, texniki problemlər ilk növbədə Outlook elektron poçt xidmətində, eləcə də Microsoft 365, Teams və süni intellekt köməkçisi Copilot platformalarında qeydə alınıb.

Təkcə ABŞ-də 130 mindən çox şikayət

İnternet resurslarının işini izləyən “Downdetector” portalının məlumatına görə, təkcə ABŞ-də Outlook-un fəaliyyətindəki nasazlıqlarla bağlı şikayətlərin sayı 130 mini ötüb. İstifadəçilər elektron poçta daxil ola bilmədiklərini, məktub göndərmək və qəbul etməyin mümkün olmadığını bildiriblər.

Bundan əlavə, 46 mindən çox istifadəçi Microsoft 365, təxminən 3 min nəfər isə Teams platforması ilə bağlı problemlər yaşadıqlarını bəyan edib.

Şirkət problemin öhdəsindən gələ bilmir

“Microsoft” rəsmiləri yaranmış nasazlığı bir neçə regionda infrastruktura düşən həddindən artıq yüklənmə ilə əlaqələndiriblər.

Şirkət sistem yeniləmələrini dərhal dayandırıb, trafikin bir hissəsini başqa istiqamətə yönəldib və nasazlıqdan təsirlənən serverləri yenidən başladıb. Lakin görülən bu tədbirlər gözlənilən nəticəni vermədiyi üçün mütəxəssislər problemin həlli yolunda alternativ çıxış yolları axtarmağa davam edirlər.

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın