EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

İsraildə keçirilən parlament seçkilərinə ehtimal olunan xarici müdaxilə ilə bağlı araşdırılan məlumatlar hələlik real sübutlara çevrilməyib və bəlkə də heç vaxt çevrilməyəcək.

Realist.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Noam Solberq Knesset üzvlərinə ünvanladığı məktubda yazıb.

Bununla belə, o, istintaqın davam etdiriləcəyini vurğulayıb: “Buna baxmayaraq, bu məlumatlar tam öyrənilənə qədər gələcək intensiv araşdırma tələb edir”, – deyə MSK sədri əlavə edib.

ŞABAK-ın məxfi məlumatlarının KİV-ə sızdırılması tənqid edilib

Bundan əlavə, Solberq Ümumi Təhlükəsizlik Xidməti (ŞABAK) tərəfindən təqdim edilmiş bu iş üzrə məxfi məlumatların kütləvi informasiya vasitələrinə sızdırılmasını kəskin tənqid edib.

Bu fonda MSK sədri parlamentariləri istintaqla bağlı mediada yayılan məlumatlara “skeptik” (şübhə ilə) yanaşmağa çağırıb.

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın