ABŞ Prezidenti Donald Tramp son günlər administrasiyasının yüksəkvəzifəli rəsmilərinə bildirib ki, rəsmi Tehran və ya Yəməndəki husilər tərəfindən yeni təxribatlar baş verməzsə, İrana qarşı yeni zərbələr endirməkdən çəkinə bilər.
Realist.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə yüksəkvəzifəli ABŞ rəsmisi və vəziyyətlə tanış olan digər mənbə məlumat verib.
Türkiyə və Səudiyyə Ərəbistanı zərbələri bərpa etməməyə çağırıb
Mənbələrin sözlərinə görə, son iki həftə ərzində Tramp telefon danışıqları zamanı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsinin və Türkiyə Prezidentinin bu məsələ ilə bağlı mövqeyini öyrənib. Hər iki lider Amerika prezidentini İrana qarşı zərbələri bərpa etməməyə çağırıb.
Həmsöhbətlər qeyd ediblər ki, Donald Tramp bu danışıqlar zamanı nə bu, nə də digər istiqamətdə hər hansı konkret vəd verməyib.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


