Ağstafada sursat partladı: 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb
Ağstafa rayonunun Çeyrançöl ərazisində hərbi sursatın partlaması nəticəsində bədbəxt hadisə baş verib.
Realist.az xəbər verir ki, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məsələ ilə bağlı birgə bəyanat yayıblar.
Partlamamış sursata müdaxilə ediblər
Məlumata görə, Qazax rayonunun Dəmirçilər kənd sakini – 1986-cı il təvəllüdlü İbrahimov Rəsul Şahin oğlu və Qazax rayonunun Daşsalahlı kənd sakini – 1982-ci il təvəllüdlü Əmrahov Sahib İzbor oğlu tərəfindən partlamamış hərbi sursata müdaxilə edilib. Nəticədə güclü partlayış baş verib.
Hadisə baş verən zaman R.İbrahimov aldığı ağır xəsarətlərdən hadisə yerində həlak olub, S.Əmrahov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Ağstafa rayon Prokurorluğunda araşdırma aparılır.
Qurumlar bir daha vətəndaşları partlamamış hərbi sursatlara və naməlum əşyalara yaxınlaşmamağa, təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırırlar.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


