Sabahın hava proqnozu açıqlandı: Bakıda yağış yağacaq, dağlara qar düşəcək
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, noyabrın 16-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Xidmətdən Realist.az-a bildirilib ki, yağıntının yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var. Səhər saatlarında yağış tədricən kəsiləcək, gündüz isə hava əsasən yağmursuz keçəcək. Əsən güclü şimal-qərb küləyi axşama doğru mülayimləşəcək.
Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti:
-
Havanın temperaturu: Gecə 7–9° isti, gündüz 10–12° isti;
-
Atmosfer təzyiqi: 769 mm civə sütunu;
-
Nisbi rütubət: Gecə 70–80%, gündüz 60–65%.
Rayonlarda qar yağacaq, şimşək çaxacaq
Azərbaycanın rayonlarında da sabah bəzi yerlərdə arabir yağıntılı hava şəraiti hökm sürəcək, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi və şimşək çaxacağı ehtimalı var. Axşama doğru yağıntılar əksər rayonlarda tədricən kəsiləcək, bəzi yerlərdə arabir duman olacaq.
Mülayim qərb küləyi gecə və səhər saatlarında bəzi yerlərdə arabir güclənəcək:
-
Aran rayonlarında: Gecə 5–9° isti, gündüz 14–17° isti;
-
Dağlıq ərazilərdə: Gecə 3–7° şaxta, gündüz 0–3° şaxta.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


