Qara dənizdə içərisində Azərbaycan vətəndaşlarının olduğu gəmiyə hücum edilib
Qara dənizdə göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmi hücuma məruz qalıb.
Realist.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə noyabrın 15-nə keçən gecə Rumıniyanın Sulina limanı yaxınlığında baş verib.
Heyət üzvlərindən 13-ü azərbaycanlıdır
Məlumata görə, gəminin 14 nəfərlik heyət üzvündən 13-ü Azərbaycan, 1-i isə Türkiyə vətəndaşıdır.
Xoşbəxtlikdən insident nəticəsində ölən və ya yaralanan olmayıb. Hazırda gəmi heyəti təxliyə edilməyi gözləyir.
Videonun linki aşağıda:
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


