EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

İran yaxın vaxtlarda yerli istehsal olan ilk istilik-nüvə sintezi qurğusunu istismara verəcək.

Realist.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami bəyanat verib. Onun sözlərinə görə, sənayenin bir çox sahələri, xüsusilə də elektrik energetikası və tibb üçün nəzərdə tutulan bu layihə ölkənin mühüm elmi-texnoloji nailiyyətinə çevrilib.

Qurğu hansı prinsiplə işləyəcək?

İranın qabaqcıl texnologiyalar şirkətinin rəhbəri Əli Noruzi isə öz növbəsində izah edib ki, qurğuda istilik-nüvə reaksiyasını əldə etmək üçün iki yüngül izotop xüsusi fiziki şəraitə yerləşdirilir və nəticədə onların birləşməsi (sintezi) baş verir.

Qeyd olunur ki, bu proses zamanı əldə edilən şüalanmadan radiofarmasevtik preparatların və müasir diaqnostika sistemlərinin istehsalında geniş istifadə oluna bilər.

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın