İndiyədək 700 mindən (775 389-red.) çox suriyalı Türkiyədən öz ölkəsinə qayıdıb.
Realist az xəbər verir ki, bu barədə Suriyanın xarici işlər naziri Əsəd əş-Şeybani türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransında bildirib.
“Bu qayıdışın təhlükəsiz formada həyata keçirilməsi üçün Türkiyə ilə əməkdaşlığı davam etdiririk”, – Suriyanın XİN rəhbəri bildirib.
O vurğulayıb ki, Suriya ilə Türkiyə regional təhlükəsizlik baxımından da əməkdaşlığı davam etdirir.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


