Milli Məclisin deputatı Mircəlil Qasımlı 2027-ci ilin dövlət büdcəsi layihəsində müdafiə və milli təhlükəsizlik məsələlərinə xüsusi diqqət ayrılmasını Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi baxımından mühüm amil kimi qiymətləndirib.
Deputat “Realist.az”a açıqlamasında bildirib ki, müzakirəyə çıxarılan büdcə layihəsi ölkə tarixində ən böyük büdcə kimi təqdim olunur. Onun sözlərinə görə, layihədə Silahlı Qüvvələrin gücləndirilməsi, ordunun müasir silahlarla təchizatı və milli təhlükəsizliyin təmin olunması prioritet istiqamətlərdəndir.
M.Qasımlı qeyd edib ki, ordunun hərbi qüdrətinin daha da artırılması Azərbaycanın təhlükəsizliyinin möhkəmləndirilməsinə, eyni zamanda mümkün xarici təhdidlərə qarşı əlavə müdafiə imkanlarının formalaşdırılmasına xidmət edir.
Deputat vurğulayıb ki, Azərbaycan xalqı tarix boyu öz iradəsinin sarsılmazlığını nümayiş etdirib:
“Azərbaycan xalqı tarix boyu sübut edib ki, onun iradəsini qırmaq, ordusunu məğlub etmək, dövlətini sarsıtmaq mümkün deyil!”
Şəlalə Camal
Realist.az
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


