Bu ilin yanvar–sentyabr aylarında Azərbaycanda 838 yol-nəqliyyat hadisəsi baş verib ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,4 faiz azdır.
Bu barədə Realist.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Qəzalarda zərər çəkənlərin statistikası:
-
Ümumi zərərçəkənlər: 1 140 nəfər (ötən illə müqayisədə 9,8 faiz az);
-
Həlak olanlar: 500 nəfər;
-
Yaralananlar: 640 nəfər.
Qəzaların başvermə vaxtı və məkanı
Rəsmi statistikaya əsasən, yol-nəqliyyat hadisələrinin zaman və günlər üzrə bölgüsü aşağıdakı kimi olub:
-
41,8 faizi gecə vaxtı;
-
40,4 faizi gündüz vaxtı;
-
17,8 faizi toran vaxtı baş verib;
-
Hadisələrin 34,0 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.
Qeyd olunub ki, yol-nəqliyyat hadisələrinin 82,9 faizi yaşayış məntəqələrində qeydə alınıb. Bu qəzalar nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 2,3 faiz azalaraq 345 nəfər, yaralananların sayı isə 16,5 faiz azalaraq 591 nəfər təşkil edib.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


