Yaponiya və Cənubi Koreya Rusiya hərbi təyyarələrinin sərhədləri yaxınlığındakı fəallığı səbəbindən qırıcı təyyarələrini havaya qaldırıb.
Realist.az xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiya Müdafiə Nazirliyi iki Rusiya təyyarəsinin ölkənin hava məkanını ehtimal olunan pozuntusu barədə bəyanat yayıb. Hadisələr bu gün səhər saatlarında Fukuoka prefekturasının sahillərində yerləşən Okinoşima adası yaxınlığında baş verib. Buna cavab olaraq Yaponiyanın Özünümüdafiə Qüvvələri qırıcılarını havaya qaldırıb və təyyarələrin ekipajlarına xəbərdarlıqlar edilib.
Tokio Moskvaya qəti etirazını bildirib
Müdafiə qurumundan həmçinin bildirilib ki, Rusiya təyyarələri Tsusima boğazından keçərək Yonaquni adası ilə Tayvan arasından irəliləyib və Sakit okeana çıxıblar. Qeyd olunur ki, insidentdən sonra Yaponiya tərəfi Moskvaya qəti etirazını ifadə edib.
Cənubi Koreya ordusu da həyəcan vəziyyətinə gətirilib
Eyni zamanda, Cənubi Koreya rəsmiləri də səhər tezdən bir neçə Rusiya hərbi təyyarəsinin ölkənin hava hücumundan müdafiə (HHM) identifikasiya zonasına daxil olduğunu açıqlayıblar:
-
Cənubi Koreya hərbçiləri Rusiya təyyarələrini hələ ölkənin hava məkanına daxil olmamışdan əvvəl aşkar ediblər;
-
Hər hansı gözlənilməz vəziyyətə hazır olmaq məqsədilə dərhal qırıcı təyyarələr havaya qaldırılıb;
-
Daha sonra Rusiya təyyarələri Cənubi Koreyanın hava məkanını pozmadan ərazini tərk ediblər.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


