Kemerovoda təyyarə qəzaya uğrayıb: Ölənlər var
Rusiyanın Kemerovo vilayətində “An-12” tipli nəqliyyat təyyarəsi qəzaya uğrayıb.
Realist.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində təyyarənin bütün ekipaj üzvləri həlak olub. Qeyd olunur ki, hava gəmisi uçuş zamanı alovlanıb.
Qubernator hadisə yerinə yollanıb
Vilayət qubernatoru İlya Seredyuk da Yaqunovo kəndi yaxınlığında “aviasiya hadisəsi” baş verdiyini təsdiqləyərək hazırda hadisə yerinə yollandığını bildirib.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


