Screenshot
EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Bakı Ağır Cinayətlər Məhkəməsinin daha bir tanınmış hakimi təqaüdə göndərilir.

Realist az xəbər verir ki, oxu.az-ın əldə etdiyi məlumata görə, hakim Eldar İsmayılov hakimlik fəaliyyətini başa vurur.

Bildirilib ki, 19 noyabr 2026-cı il tarixində onun Bakı Ağır Cinayətlər Məhkəməsində sonuncu iş günü olacaq.

Qeyd edək ki, Eldar İsmayılov 1993-2011-ci illərdə Milli Təhlükəsizlik Nazirliyində mühüm işlər üzrə baş müstəntiq vəzifəsində çalışıb. O, eyni zamanda, 2010-cu ildən Bakı Ağır Cinayətlər Məhkəməsində hakim kimi fəaliyyət göstərib.

O, fəaliyyəti dövründə ictimai rezonans doğuran bir sıra cinayət işləri üzrə məhkəmə araşdırmalarına sədrlik etməsi ilə tanınıb.

Qeyd edək ki, 2025-ci il noyabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsinin üç hakimi – Novruz Kərimov, Cavid Hüseynov və Rasim Sadıxov yaş həddi ilə əlaqədar təqaüdə göndəriliblər.

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın