“Azərbaycan Dəmir Yolları” QSC qatarların gecikməsinə görə sərnişinlərə pul kompensasiyası ödəyəcək.
Realist.az xəbər verir ki, bu barədə nəqliyyat eksperti Eldəniz Cəfərov məlumat verib.
Qaydalara əsasən:
– gecikmə 1 saatdan 2 saatadək olduqda, biletin qiymətinin 25%-i;
– 2-4 saat olduqda 50%-i;
– 4 saatdan çox olduqda 100%-i tam olaraq sərnişinə geri qaytarılacaq.
“Burada vacib məqam ondan ibarətdir ki, gecikmə ADY-nin təqsiri ucbatından baş versin. Bu qərar sərnişin hüquqlarının qorunması və dəmir yolu xidmətinin keyfiyyətinin artırılması baxımından mühüm addımdır”, – deyə ekspert qeyd edib.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


