EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Balakəndə əlilliyi olan şəxslərin əl işlərindən ibarət satış-sərgi təşkil olunub.

Realist.az xəbər verir ki, tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Balakən regional “ASAN xidmət” mərkəzində keçirilib.

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan sərgidə Balakən Rayon İcra Hakimiyyətinin başçısı və nümayəndələri, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Sosial Xidmətlər Agentliyindən bildirilib ki, sərgidə Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin 19 benefisiar müəllifinin 1300-dən çox əl işi nümayiş etdirilib. Dulusçuluq, xalçaçılıq, bədii tikmə, rəssamlıq, toxuculuq, dərzilik və digər yaradıcılıq sahələrini əhatə edən nümunələr ziyarətçilərin marağına səbəb olub.

Qeyd edək ki, bu cür satış-sərgilər respublikanın müxtəlif bölgələrində mütəmadi təşkil edilir. Təşəbbüsün məqsədi əlilliyi olan şəxslərin peşə bacarıqlarını və yaradıcılıq potensialını tanıtmaq, onların iqtisadi müstəqilliyini və məşğulluq imkanlarını dəstəkləmək, cəmiyyətdə inklüzivliyi təşviq etməkdir.

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın