Rusiya Kiyev vilayətinə zərbə endirdi: Yaralananlar arasında uşaq da var
Rusiya ordusunun Kiyev vilayətinin Vışqorod rayonuna endirdiyi zərbə nəticəsində biri uşaq olmaqla 4 nəfər yaralanıb.
Realist.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Fövqəladə Hallar Xidməti (DFHX) məlumat yayıb.
Yaşayış evləri dağılıb, xilasetmə işləri aparılır
Rəsmi məlumata görə, hücum zamanı iki yaşayış evi dağılıb. Hadisə yerində yaranan yanğınlar artıq söndürülüb. Hazırda ərazidə qəza-xilasetmə işləri davam etdirilir.

© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


