ABŞ-ın texnologiya nəhəngi “Nvidia” şirkətinin haker hücumuna məruz qaldığı iddia olunur.
Realist.az “Cybernews”a istinadən xəbər verir ki, “The Gentlemen” adlı haker qrupu şirkətin məxfi məlumatlarını ələ keçirdiyini və 10 gün ərzində ictimaiyyətə açıqlayacağını bəyan edib.
Hakerlər artıq geri sayımı başladıb. Onlar fidyə ilə bağlı danışıqların nəticəsiz qalacağı təqdirdə ələ keçirdikləri məlumatları yayacaqları barədə xəbərdarlıq ediblər.
Bununla belə, qrup indiyədək hücumun həqiqətən baş verdiyini təsdiqləyən hər hansı sübut təqdim etməyib.
Qeyd edək ki, “The Gentlemen” fidyə proqramlarından istifadə etməklə kiberhücumlar həyata keçirən aktiv haker qruplarından biri kimi tanınır.
© realist.az
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


