EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

Qazax rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi dörd nəfərin həyatına son qoyub.

Realist.az-a bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, hadisə bu gün saat 19:30 radələrində Aslanbəyli–Kəmərli avtomobil yolunda qeydə alınıb. İttifaq İkram oğlu Müsəddirovun idarə etdiyi 99-RU-835 dövlət qeydiyyat nişanlı “Opel” markalı avtomobillə Sənan Hüseyn oğlu Dəryaquliyevin sürdüyü 10-NB-330 dövlət qeydiyyat nişanlı “Tofaş” markalı avtomobil toqquşub.

Qəza nəticəsində hər iki sürücü, eləcə də “Tofaş” markalı avtomobildə olan iki azyaşlı sərnişin həyatını itirib. Həmin avtomobildəki digər qadın sərnişin isə xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb, hadisənin səbəbləri araşdırılır.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək ötmə və manevr qaydalarına, həmçinin sürət həddinə ciddi əməl etməyin vacibliyini xatırladıb. Qeyd olunub ki, təhlükəli ötmələr, yanlış manevrlər və sürət həddinin aşılması ağır, hətta ölümlə nəticələnən qəzaların əsas səbəblərindəndir.

 

 

EZZE — lüks və xüsusi mebel, interyer (reklam)

© realist.az

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 [email protected]
📱 +994 50 737 29 49 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin TikTok -da bizi izləyin WhatsApp -da bizə yazın